07 Aprel 2013

IDEA Bişkekdə sığırçın yuvaları quraşdırır

IDEA beynəlxalq ekoloji kampaniyası Qırğızıstan paytaxtının ekosisteminin bərpa edilməsinə kömək edir.

 

Qırğızıstanın paytaxtı və digər böyük şəhərlərində IDEA kampaniyasının müsabiqəsinin qalibinin eskizinə uyğun olaraq şəhər parklarında sığırçın yuvaları quraşdırılır.

Şəhərlərin ekoloji balansının bərpa olunmasında əhəmiyyətli rol oynayan sığırçın yuvalarının quraşdırılması hər il aprelin 1-də qeyd olunan Beynəlxalq Köçəri Quşlar Gününə həsr edilib.

 

IDEA tərəfindən ötən ilin may ayında elan olunmuş ən yaxşı sığırçın yuvası müsabiqəsinin qalibi Qırğızıstandan olan 26 yaşlı dizayner Tatyana Biryuqina olub.

“Öz evlərinə qarşı çox tələbkar olan quşlar üçün yuvanın dizaynının hazırlanması peşəkarlıq nöqteyi-nəzərindən mənim üçün çox maraqlı idi”, - deyə Tatyana bildirib.

 

Bişkekin ekoloji sistemlə bağlı problemləri var – yerli quşların (sərçələr, qaranquşlar) yumurtalarını dimdikləyən əfqan sığırçınlarının sayı artır, bu isə şəhər quşlarının sayını azaldır.

İnsanın ətraf mühitə olan mənfi təsiri ekosistemin ciddi tənəzzülünə, bitki və heyvanların məhvinə gətirib çıxarır. Bioloji müxtəlifliyin belə sürətli şəkildə azalması özünə quş növlərinin yoxa çıxmasını da daxil edir.

 

Bişkek şəhər keneşinin (yerli özünüidarəetmə orqanı) deputatı Elvira Sarıyevanın sözlərinə görə, quşlar şəhərin ekoloji balansının bərpasına son dərəcə qiymətli yardım göstərirlər.


“Bu sığırçın yuvaları şəhər quşlarının bütün problemlərini həll etməyəcək, ancaq ən azından onları sığınacaqla təmin etməyə kömək edəcək”, - deyə O, bildirib.

IDEA-nın elan etmiş olduğu müsabiqənin qalibinin dizaynı ilə hazırlanmış sığırçın yuvaları yazda Bakının, Vilnüsün, Moskvanın, Londonun parklarında və yaşayış massivlərində quraşdırılacaq.

IDEA beynəlxalq ekoloji kampaniya olaraq dünya ictimaiyyətinin diqqətini qlobal ətraf mühit problemlərinə yönəltməkdədir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul