26 Noyabr 2013

IDEA Hollivudda 6 dildə ekoloji videoçarx hazırladı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi gəncləri ətraf mühitin qorunmasına səsləyən videoçarx hazırlayıb.

 

Çəkilişlər Hollivudda aparılıb. Bu Azərbaycan və ABŞ klipmeykerlərinin ilk müştərək ekoloji işidir.


Videoçarxda Planetin bütün sakinlərinə müraciətlə təbiəti mühafizə etməyə çağırışlar yer alıb. Videoçarx 6 dildə - Azərbaycan, ingilis, rus, fransız, ərəb və çin dillərində hazırlanıb. 

Yüksək zövqlə, maraqlı keçid və montaj effektləri ilə işlənən, təxminən 4 dəqiqəlik ekoloji videoçarx IDEA-nın “Bir dünya - bir gələcək!” şüarı ilə tamamlanır. Burada müxtəlif peşə sahibləri eyni missiya, yəni ətraf mühiti qorumaq naminə gündəlik fəaliyyətdə gördükləri işlərdən bəhs edir, insanları da buna təşviq edirlər.


Kimisi yaşıllıqları qorumaq üçün əkdiyi bitkilərdən, kimisi təbiətdə parçalanmayan polietilen paketlərdən imtina etməsindən, kimisi atmosferə zərərli qazlar buraxmayan avtomobillərə keçməsindən, kimisi isə ətraf mühitin çirklənməsinə qarşı atdığı addımlardan bəhs edir.


IDEA ətraf mühitin qorunması üçün irimiqyaslı yerli və beynəlxalq layihələrin reallaşdırılmasını davam etdirir.   

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul