26 Noyabr 2016

IDEA “Landşaft” kursunu uğurla bitirən gəncləri təltif etdi

IDEA İctimai Birliyinin “Gənclərin tədrisi proqramı” çərçivəsində 9 sentyabr tarixində start verdiyi “Landşaft” kursları uğurla yekunlaşıb. Müvəffəqiyyətlə kursu tamamlayan 30-a yaxın gənc IDEA tərəfindən sertifikat və hədiyyələrlə təltif edilib.

 

Qeyd edək ki, landşaft kursunun təşkil edilməsində əsas məqsəd insanla təbiət arasında harmoniya yaratmaq, təbiət gözəlliklərini önə çıxarmaq, o cümlədən yaşıllaşdırma işlərini düzgün həyata keçirməyi və ətraf mühit komponentləri arasında estetik əlaqə qurmağı təşviq etmək olmuşdur.

 

Kurslar iki ay müddətində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzlərində keçirilmişdir.

 

500-ə yaxın qeydiyyatdan keçmiş şəxs arasından seçilən 30 nəfər gənc sözügedən kursda landşaftların təsnifatı, landşaft memarlığının tarixi, landşaft memarının vəzifələri, landşaft dizaynerliyi, orqanik əkinçilik və onun əhəmiyyəti və s. bu kimi mühüm əhəmiyyətə malik mövzularla bağlı öz bilik və bacarıqlarını dərinləşdirmişlər.

 

IDEA mütəmadi olaraq ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər, söhbət klubları, dəyirmi masalar, müsabiqələr və s. təşkil edir.

 

 Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (www.ideacampaign.org, www.instagram.com/idea_campaignhttps://www.facebook.com/ideacampaign.org) vasitəsilə çatdırılır. 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul