18 Fevral 2014

Kütləvi aksiyaya qoşul! Hər kağızı bir yarpağa dəyiş!

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində 13 fevral 2014-cü il tarixindən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində kütləvi aksiya keçiriləcək.

 

Keçirilən aksiyada dövlət orqanlarının, qeyri-hökümət təşkilatlarının və özəl müəssisələrin iştirakı ilə kütləvi şəkildə kağız tullantılarının adı çəkilən mərkəzlərdə toplanılması baş tutacaq.

 

Qeyd edək ki, aksiyada sadə vətəndaşların iştirakı da nəzərdə tutulub. Beləliklə, “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə mütəmadi qaydada istifadə olunmuş kağız və kağız məhsulları təhvil vermək mümkün olacaq. Təhvil verilmiş hər 50 kq kağız tullantısı qarşılığında isə 1 ağacın əkilməsi planlaşdırılır.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul