17 İyun 2019

Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib

17 iyun tarixində Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması üzrə IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı  çərçivəsində Neftçalada yerləşən Xıllı Nərə Balıqartırma Zavodunda yetişdirilmiş kiçik nərə balıqlarının suya buraxılması mərasimi keçirilib.

 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və BMT Ətraf Mühit Proqramının xöşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov iştirak ediblər.

 

Qeyd edilməlidir ki, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhv olma təhlükəsi həddinə çatmışdır. Problemin hərtərəfli həlli məqsədilə IDEA İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın “Mavi Dəniz Fondu” (BLUE) ilə birlikdə müxtəlif mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul