26 İyun 2015

Leyla Əliyevanın dəstəyi ilə Bakı Zooloji Parkında yeni qəfəs inşa edilib

İyunun 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooloji Parkını ziyarət edərək, zooparkda saxlanılan pələng üçün tikilmiş yeni qəfəsin açılış mərasimində iştirak edib.

 

Leyla Əliyeva zooparkda yaşayan pələngin qeyri-qənaətbəxş şəraitdə saxlanması və bununla əlaqədar tədbir görülməsi xahişi ilə bağlı Bakı sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bu nadir heyvan növü üçün müasir tələblərə cavab verən yeni qəfəsin tikilməsi təşəbbüsü ilə çıxış etmişdir.

 

Yeni yaşayış məskəni əvvəlki qəfəsə nisbətən 5 dəfə geniş olmaqla yanaşı, daha işıqlı və rahatdır. Burada heyvanın istidən və şaxtadan qorunması üçün ayrıca tam tikili, həmçinin böyük hovuz, oynamaq və dincəlmək meydançası, əyləncəli  və pələngin təbii yaşayış arealını əks etdirən digər elementlər quraşdırılıb.

 

Bu layihə nəticəsində zooparkda məskunlaşmış pələngin yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, onun təhlükəsizliyi və rahatlığı tam təmin edilib.

 

Açılış mərasimindən sonra Leyla Əliyeva Zooloji Parkda saxlanılan digər heyvanların məskunlaşma şəraiti ilə tanış olub, öz təklif və tövsiyələri ilə bölüşüb.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul