24 February 2014

Nazənin Cavadova

Mən 2013-cü ilin sentyabr ayında IDEA İctimai Birliyinə qoşulmuşam. Uşaqlıqdan heyvanlara qarşı qayğıkeş olmuşam və təbiəti qorumaq üçün əlimdən gələni etmişəm. Bu cür İctimai Birliyin yaranması əlçatmaz bir arzu idi. Mən IDEA-nın təcrübə proqramı haqqında eşidəndə bu proqrama qoşulmaq və ətraf mühitə töhfə vermək qərarına gəldim.

 

IDEA mənim həyatımı dəyişdi. Burada mən təbiəti qorumaq və planetimizi müdafiə etmək üçün bütün gücünü ortaya qoyan maraqlı insanlarla tanış oldum. Bununla yanaşı, şəxsi və professional bacarıqlarımı inkişaf etdirə bildiyim beynəlxalq layihələrdə iştirak etmək şansı əldə etdim. İndi mən bu komandanın bir üzvüyəm və bu mənim üçün böyük bir fəxrdir. IDEA ailəsinə "BİR DÜNYA, BİR GƏLƏCƏK" üçün yaratmış olduğu böyük cəmiyyətə görə dərin minnətdarlığımı bildirirəm.

Daha çox IDEA üzvləri

Bİzə qoşul