14 Dekabr 2015

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq

19 dekabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcəkdir. Uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan Laboratoriyanın dekabr təlimi “Yer kürəsi və yeni il”ə həsr olunacaqdır.

 

Təlim zamanı uşaqlar üçün Planetimiz haqqında maraqlı faktlar, yer kürəsinin daxili qatları, Yer səthində baş verən vulkan, zəlzələ və s. kimi təbii proseslər barədə geniş məlumat veriləcək, həmçinin onlara ətraf mühitə zərər yetirmədən Yeni il küknarının hazırlanması və bəzədilməsi yolları izah olunacaqdır.

 

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edəcək, müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” düzəldəcəklər.

 

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq sayca on ikinci təlim olan dekabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də kiçik yaşlarından geoloji biliklərə sahib olmaları baxımından mühüm töhfə verəcəkdir.

 

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul