Tamamlanmış layihələr

Qız Qalası ətrafında uzunqanad quşlarına alternativ yuvaların qurulması

Giriş

Güclü küləklərin və atmosfer yağıntıların təsiri ilə qədim abidənin fasadındakı daşlar əsrlər ərzində zədələnir, onların arasındakı məhlul isə yuyulurdu. Yaranmış boşluqlarda isə uzunqanad adlı (lat. Apus apus) quşlar yuva salıblar.

Təsvir və Konsepsiya

Layihə çərçivəsində Qız Qalasında muzey konservasiya işləri bitdikdən və daşlar arasındakı boşluqlar doldurulduqdan sonra uzunqanad quşlarının burada əvvəlki sayda yuva qurmasının təmin etmək məqsədilə Qiz qalası ətrafında alternativ yuvalar quraşdırılmışdır.

Güclü küləklərin və atmosfer yağıntıların təsiri ilə qədim abidənin fasadındakı daşlar əsrlər ərzində zədələnir, onların arasındakı məhlul isə yuyulurdu. Yaranmış boşluqlarda isə uzunqanad adlı (lat. Apus apus) quşlar yuva salıblar.

 

Qız Qalasında muzey konservasiya işləri bitdikdən və daşlar arasındakı boşluqlar doldurulduqdan sonra uzunqanad quşlarının burada əvvəlki sayda yuva qurmasının mümkünsüz olacağını nəzərə alaraq Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq (İDEA) kampaniyasının rəhbəri Leyla xanım Əliyevanın təklifi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən uzunqanad quşlarına Qız Qalası yaxınlığında alternativ yuva qurulmasına qərar verilib.


Prosesi elmi əsaslarla həyata keçirmək və beynəlxalq təcrübəni tətbiq edilməsi üçün bir sıra təşkilatlarla əməkdaşlıq edilib.


"BirdLife" Avstriya Ornitoloqlar Cəmiyyəti ilə aparılmış müvafiq məsləhətləşmələrə əsasən, xüsusilə uzunqanad quşları üçün Avropada hazırlanmış 500-dən artıq yuva alınaraq Qız Qalasının yaxınlığındakı binanın fasadına quraşdırılıb. Qız Qalasında yuva salmış uzunqanadların sayının təqribən 250-300 olmasına baxmayaraq süni yuvaların sayı təxminən iki dəfə artıqdır. Bu, gələcəkdə uzunqanad quşlarının populyasiyasının artırmaq məqsədi ilə həyata keçirilib.


Eyni zamanda quşların alternativ yuvalara köçürülməsi ilə bağlı Böyük Britaniyada yerləşən uzunqanad quşlarının qorunması sahəsində ixtisaslaşmış "Swift Conservartion" (Uzunqanadların qorunması) beynəlxalq təşkilatı ilə əməkdaşlıq qurulub.


Quşları yuvalara cəlb etmək üçün "Swift Conservartion" (Uzunqanadların qorunması) təşkilatı tərəfindən yazılı təlimatlar, uzunqanad quşlarının səs yazılarından ibarət olan CD disklər təqdim edilib.


Səsgücləndiricilər vasitəsi ilə uzunqanadların səsləri gün ərzində quşların ən çox yuva axtardığı zamanlarda səsləndirilir.

Uzunqanad quşları çox mühafizəkar quşlar hesab olunur və yuva quracaqları məkanları bir il əvvəlcədən müəyyənləşdirirlər. Bu səbəbdən "Swift Conservartion" şirkəti bildirib ki, onların süni yuvalara cəlb edilməsi mürəkkəb, eyni zamanda vaxt aparan prosesdir və tam yuvalara cəlb edilmə 2-3 ilə yaxın zaman tələb edə bilər.


Artıq Qız Qalasının uzunqanadlarla vəhdət təşkil edən görüntüsünün dəyişməməsi üçün muzey konservasiyası zamanı Qız Qalasının fasadında abidəyə zərər vurmamaq şərti ilə 80-nə yaxın yuvanın saxlanacağı planlaşdırılır.


Bu quşlar aprelin əvvəllərində Bakıya gəlir, burada bala verir və iyul-avqust aylarında yeni nəsil ilə birlikdə Cənubi Afrikaya köç edirlər.

 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul