09 Aprel 2015

Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq

 

18 aprel tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim təşkil olunacaq.

 

Hər il 22 aprel tarixində bütün dünyada qeyd olunan “Yer günü” ərəfəsində keçirilən təlim “Yer” kürəsinin sağlam və yaşıl gələcəyi naminə təbiətin qorunması, eləcə də su və enerji kimi vacib amillərə qənaət edilməsinə həsr olunacaqdır.

 

Laboratoriya zamanı Planetimizin mühafizəsi ilə bağlı qısametrajlı film nümayiş olunacaqdır. “Kiçik ekoloqlara”, həmçinin ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar öyrədiləcəkdir.

 

Bundan əlavə, uşaqlar tullantılardan kiçik incəsənət nümunələri hazırlamaq, suyun təmizliyinin yoxlanması prossesində və günəş işığı ilə işləyən kiçik robotların təcrübədən keçirilməsində iştirak etmək imkanı əldə edəcəklər.

 

Aprel laboratoriyası uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsilllərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandıracaq, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verəcəkdir.

 

Qeyd olunmalıdır ki, 18 aprel tarixində keçiriləcək “Eko Laboratoriya” IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca dördüncü təlimdir. Əvvəlki laboratoriya təlimləri iqlim dəyişikliyi və qlobal istiləşmə (yanvar ayında), heyvanlar aləmi (fevral) və təbiətin oyanması (mart) mövzularına həsr olunmuşdur. 

 

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul