Yaşıl Marafon çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası 11 aprel tarixində Müşfiqabad qəsəbəsində keçirilib. IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə qurumları qoşulub. Aksiya zamanı 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.