28 Noyabr 2013

«Eko Rəsm Gündəliyi 2013» beynəlxalq ekoloji müsabiqəsinin finalçıları bəlli oldu

Əsası Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva tərəfindən qoyulmuş IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən və dünyada 50-dən çox ölkəni əhatə edən “Eko Rəsm Gündəliyi 2013” beynəlxalq ekoloji müsabiqəsinin finalçılarının adları açıqlanıb.

 

UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin, IDEA kampaniyasının və Panasonic Marketinq MDB-nin (PMCIS) təşkilatçılığı ilə həyata keçirilən, Bakı və Gəncə şəhərlərini əhatə edən 363 məktəbin qoşulduğu beynəlxalq layihənin milli müsabiqə turunun final mərhələsinin qalibi Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov olmuşdur. 

 

Müsabiqənin finalçıları arasında Bakı şəhərindən Zərifə Əliyeva adına lisey, “Ankara məktəbi” məktəb-liseyi, İncəsənət Gimnaziyası, 59, 99, 262, 271, 276, 290, 28, 98, 132-134, 301, 304 nömrəli, Gəncə şəhərindən isə 4, 28, 11, 25 nömrəli orta ümumtəhsil məktəblərinin şagirdləri yer almaqdadırlar.

 

Qeyd edək ki, müsabiqəyə Bakı şəhəri üzrə 314 məktəbdən 2403, Gəncə şəhəri üzrə isə 49 məktəbdən 629 gündəlik daxil olmuşdur.

 

Layihə üçün xüsusi olaraq hazırlanmış, şagird sayına uyğun olaraq orta ümumtəhsil məktəblərinə paylanmış 5000 ekoloji gündəlikdən 3032-i tam şəkildə doldurularaq müəyyən olunmuş tarixdən gec olmayaraq təhvil verilmişdir.

  

Ümumilikdə, 3032 məktəblinin iştirak etdiyi müsabiqədə aşağı yaş qrupu (6-11) üzrə 1299, yuxarı (12-15) yaş qrupu üzrə isə 1733 şagirdin iştirakı qeydə alınmışdır.

 

Layihənin milli turunun iştirakçıları olmuş məktəblilər müəyyən olunmuş müddət ərzində yarışma üçün hazırlanmış xüsusi “Gündəlik”-lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkmiş və ideyalarının qısa təsvirini əks etdirən mətnlər əlavə etmişlər.

 

Qeyd edək ki, 2008-ci ildən etibarən hər il həyata keçirilən və 50-dən çox ölkəni əhatə edən “Eko Rəsm Gündəliyi 2013” beynəlxalq müsabiqəsinin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul