27 Yanvar 2017

Ümumdünya ev heyvanları günü

 

Hər il dünyada 30 noyabr ümumdünya ev heyvanları günü kimi qeyd edilir.

 

Həmçinin, bu gün pişiklər günü kimi də qeyd edilir. Pişiklər ev heyvanlarının simvolu kimi tanındığı üçün bu günün ikinci adı pişiklər günüdür. Bu gün dünyanın müxtəlif ölkələrində müxtəlif formalarda həyata keçirilir. Kimisi öz heyvanına qoyduğu qadağanı götürür – divar kağızını qoparmaq, pərdənin və hətta stolun üzərinə tullanmaq kimi. Kimisi öz heyvanı ilə gözəllik salonuna gedir, kimisi öz sevimlisinə istədiyi ərzaqı alır, kimsədə heyvanına daha çox qayğı göstərir.

 

Sahibsiz və vəhşi heyvanların problemləri ilə daha çox məşğul olmaq lazımdır. Bu məqsədlə itlər və pişiklər üçün xüsusi məntəqələr yaradılıb və həmin yerlərdə heyvanlar təmizlənir, müalicə olunur və onlar qocalana qədər qida ilə təmin olunur.

Bİzə qoşul