16 İyul 2014

“Ağacların kəsilməsinə yox” proqramı çərçivəsində növbəti ağacəkmə aksiyası baş tutub

 

16 iyul 2014-cü il tarixində IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox” proqramı çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

 

Aksiyanın keçirilmə səbəbi 4 iyul 2014-cü il tarixində IDEA İctimai Birliyinin “Təbiətin təcili yardımı” mobil qrupu tərəfindən Ağa Nemətulla küçəsi 67 ünvanında 13 ədəd ağacın kəsilməsi faktının qeydə alınması olmuşdur (http://ideacampaign.org/az/anket_33.html#.U8Uwgo2Sw28).

 

Ağacəkmə aksiya zamanı ümumi sayı 20 olan sərv, şərq çinarı və tut ağacı əkilmişdir.

 

Bu cür aksiyaların keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

 

Qeyd edək ki, "Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilir. Proqram Azərbaycanda, xüsusilə Bakı şəhərində qeyri-qanuni ağac kəsilməsi hallarının qarşısının alınmasını nəzərdə tutur. Bu məqsədlə "Təbiətə təcili yardım" qaynar xətti (1113) və mobil qrupu yaradılıb. 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul