02 Fevral 2014

“Hər kağızı bir yarpağa dəyişək” müştərək layihəsi başlanır

 

 

Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakı şəhərindəki ASAN xidmət mərkəzlərinin qarşısında quraşdırılacaq məntəqələrə təhvil verəcəklər. Burada təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılacaq və onların qeydiyyatı aparılacaq.

 

Təhvil verilmiş hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınacaq. Ağaclar kağız təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkiləcək.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların  düzgün istifadəsini təşkil etməkdir.

 

İstifadə olunmuş kağızların qəbulu işinə 2014-cü il fevralın 3-dən etibarən başlanacaq.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul