20 Oktyabr 2014

“Mənim eko hekayəm” sosial-ekoloji müsabiqəsi başa çatıb

IDEA İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə iyulun 15-dən elan olunan “Mənim eko hekayəm” adlı sosial-ekoloji müsabiqə başa çatıb.

 

Müsabiqəyə ekoloji mövzuda 3 dəqiqəlik video çarxın çəkilməsi üçün nəzərdə tutulmuş 50-dən artıq ssenari təqdim olunub. Münsiflər heyətinin qiymətləndirilməsi əsasında ən yaxşı 3 ssenarinin müəllifi − Liya Bayramova (I yer), Gülşad Abdullayeva (II yer), Cəmilə Məlikova (III yer) müəyyən olunub.

 

Müsabiqənin qalibi Liya Bayramovanın təqdim etdiyi ssenari təbiətin gözəlliyindən, zaman keçdikcə ona dəyən zərərlərdən bəhs edir, insanları ətraf mühitin mühafizəsinə, onu gələcək nəsillər üçün qoruyub saxlamağa səsləyir.

 

Gülşad Abdullayev öz hekayəsində gözəl qadın portreti çəkən rəssamın əsərinin fonunda əks olunan ekoloji problemləri canlandırır. Cəmilə Məlikovanın yazdığı ssenari isə ətraf mühitin çirklənməsini görən gəncin təbiəti qorumaq, onu çirklənməkdən xilas etmək arzusunu əks etdirir.

 

Qeyd edək ki, I yerə layiq görülmüş ssenari əsasında IDEA və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sosial-ekoloji video çarx hazırlanması planlaşdırılır.

 

Müsabiqənin qalibləri, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul