19 İyun 2015

“Quşların cənnəti - Ağgöl Milli Parkı” adlı sənədli film Rusiyada keçirilən nüfuzlu müsabiqədə qalib olmuşdur

17 iyun tarixində Rusiyanın Xantı-Mansiysk şəhərində “Xilas etmək və qorumaq” adlı XIX Beynəlxalq ekoloji televiziya festivalı başa çatmışdır. IDEA İctimai Birliyinin təşəbbüsü ilə rejissor İqor Bışnyovun çəkdiyi “Quşların cənnəti - Ağgöl Milli Parkı” adlı sənədli film festival çərçivəsində keçirilən “ilin televiziya layihəsi” mükafatına layiq görülmüşdür.

 

“Quşların cənnəti - Ağgöl Milli Parkı” IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində lentə alınmış sayca ikinci filmdir. 2014-cü ildə sözügedən təşəbbüs çərçivəsində Şirvan Milli Parkına həsr olunmuş eyniadlı sənədli film çəkilərək, ictimaiyyətə təqdim olunmuşdur. IDEA İctimai Birliyi “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində ölkəmizin 9 milli parkının gözəlliklərini tərənnüm edən ümumilikdə 9 film çəkməyi planlaşdırır.

 

Qeyd olunmalıdır ki, “Quşların cənnəti - Ağgöl Milli Parkı” sənədli filminin ilk nümayişi 24 aprel tarixində Bakı şəhərində, Nizami Kino Evində keçirilmişdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul