Tamamlanmış layihələr

“Uğura gedən yol”

Giriş

Layihə çərçivəsində ekologiya sahəsində təhsil alan və ya bu sahəyə həvəs göstərən gənclərin ətraf mühit və davamlı inkişaf sahələrində peşəkar səviyyədə uğur əldə etmiş şəxslərlə görüşləri təşkil olunur. IDEA İctimai Birliyi bu üsulla gəncləri müasir dünyada nüfuzlu sayılan ətraf mühit və davamlı inkişaf sahələrinə yönəltməklə, ölkəmizdə ixtisaslaşmış və peşəkar mütəxəssislərin yetişməsinə töhfə vermək niyyətindədir.

Təsvir və Konsepsiya

IDEA İctimai Birliyi gəncləri ətraf mühit sahəsində ixtisaslaşmağa və bu sahədə çalışmağa həvəsləndirmək məqsədilə, aprel ayından etibarən “Uğura gedən yol” adlı layihəyə başlamışdır.

“Uğura gedən yol” layihəsi çərçivəsində ilk görüş “Azərsun Holdinq”ə məxsus Azərbaycan Kağız Karton İstehsalı Kombinatının (AKKİK) baş mütəxəssisi Bəxtiyar İsmayılovun iştirakı ilə aprel ayının 27-i baş tutmuşdur.

Görüş zamanı B.İsmayılov gənclərə davamlı inkişaf, o cümlədən təkrar istehsal sahəsindəki təcrübəsi və peşəkar fəaliyyəti, qazandığı uğurların sirləri və özünü inkişaf etdirməyin yolları haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, sözügedən sahədə çalışmaq maddi baxımdan əlverişli olmaqla yanaşı, ölkəmizin ətraf mühitinin mühafizəsi üçün faydalı hesab olunur. Görüşün sonunda qonaq ekspert gəncləri maraqlandıran sualları cavablandırmışdır.

“Uğura gedən yol” layihəsi çərçivəsində ayda bir dəfə IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və oxşar sahələrdə uğurlu karyera qurmuş insanlarla gənclərin görüşü təşkil olunacaqdır.

Növbəti görüşlər barədə elanlar IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində və sosial mediada yerləşdiriləcək. Layihə haqqında əlavə məlumat əldə etmək istəyən şəxslər 4976316 şəhər nömrəsi və ya info@ideacampaign.org elektron poçt ünvanı vasitəsilə IDEA İB ilə əlaqə saxlaya bilərlər.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul