16 Fevral 2015

“Uşaqlar üçün ekoloji laboratoriya”nın növbəti təlimi keçirildi

14 fevral tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 5-10 yaşlarında olan uşaqlar üçün növbəti təlim keçirilmişdir.

 

Laboratoriya uşaqların heyvanlarla tanışlığına və onlarda heyvanlara qarşı sevgi hissinin aşılanmasına həsr olunmuşdur. Laboratoriya zamanı uşaqlar ev heyvanlarına qayğı göstərməyin, onları bəsləməyin və yetişdirməyin sirlərinə yiyələnmiş, heyvanlar barədə maraqlı faktlar və məlumatlar əldə etmişlər.

 

Bununla yanaşı, laboratoriya zamanı uşaqlar ev heyvanlar ilə əyani şəkildə tanış olmuş, onlarla maraqlı vaxt keçirmişlər.

 

Layihənin ənənəsinə uyğun olaraq, təlimlərin gedişində “kiçik ekoloqlar” üçün, həmçinin müxtəlif bilik yarışmaları və maraqlı oyunlar təşkil olunmuşdur. Bununla yanaşı, uşaqlar heyvanları təsvir edən müxtəlif incəsənət nümunələri, o cümlədən rəsmlər və kağız fiqurlar yaratmışlar.

 

Təlim uşaqlara əyləncəli gün bəxş etməklə yanaşı, onların təbiəti daha yaxşı qavramalarına töhfə vermişdir.

 

Növbəti təlimlərin tarixləri və mövzuları barədə elanlar mütəmadi olaraq, mətbuatda dərc olunacaqdır.

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul