13 Aprel 2016

“Yaz həyəti” layihəsinə start verilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və “Bir” Tələbə-Könüllü Proqramı məktəblərin həyətyani sahələrinin yaşıllaşdırılması məqsədilə “Yaz həyəti” adlı layihənin icrasına başlamışlar. Layihə çərçivəsində tələbə və şagirdlər məktəblərdə ağac əkəcək, bitkilərin qayğısına qalacaq, həyətyanı sahələrdə iməcilik işləri həyata keçirəcək və digər abadlıq tədbirləri görəcəklər. Bununla yanaşı,  layihədə iştirak edən hər bir təhsil müəssisəsinə IDEA İctimai Birliyi tərəfindən xüsusi quş yuvaları təqdim olunacaqdır.

“Yaz həyəti” layihəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində 15 ali və 26 orta təhsil müəssisələrini əhatə edəcəkdir. Sözügedən təşəbbüs təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, məktəbli və tələbələrin ekoloji biliklərinin dərinləşməsinə, onlarda təbiətə qayğıkeş münasibətin formalaşmasına töhfə verəcəkdir.

12 aprel – 1 may tarixlərini əhatə edəcək layihə çərçivəsində təhsil müəssisələrinin həyətyanı sahələrinin təmizlənməsi, yaşıllıqların salınması, ağacların gövdələrinin əhənglənməsi və digər işlər nəzərdə tutulub. Layihənin yekunu olaraq, Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və "Bir" Tələbə-Könüllü Proqramı tərəfindən qaliblər müəyyən olunaraq, mükafatlandırılacaqlar.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul