Tamamlanmış layihələr

“Yaşıl həftə”

Giriş

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır.

Təsvir və Konsepsiya

12-16 noyabr tarixlərini əhatə edən “Yaşıl Həftə” layihəsi BMT-nin Ətraf mühit Proqramı - UNEP ilə birgə həyata keçirilmişdir. 4 gün davam edən layihə çərçivəsində panel diskusiyyalar, yerli tələbələrlə görüşlər və TUNZA təşkilatının üzvlərinin təqdimatları baş tutmuşdur

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır. IDEA-nın böyük miqyaslı layihələri bir sıra beynəlxalq təşkilatların marağına səbəb olur. Bunun nəticəsində IDEA kampaniyası beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradaraq, birgə layihələrə start verir. “Yaşıl Həftə” bu layihələrdən biridir. 

 

“Yaşıl həftə” layihəsi IDEA  kampaniyası və BMT-nin Ətraf mühit üzrə Proqramı - UNEP-in birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq baş tutmuşdur. Bu tədbirdə yerli qonaqlarla yanaşı xarici ölkələrdən dəvət olunan bir sıra beynəlxalq təşkilatların, dövlət və qeyri - dövlət təşkilatlarının nümayəndələri, gənc liderlər iştirak ediblər.

 

Ümumilikdə 4 gün davam edən layihənin 1-ci günü beynəlxalq gənclər forumu təşkil olunub. Forumda əsasən 2012-ci ilin iyun ayında keçirilən RİO+20 sammitinin yekunu ilə bağlı müzakirələr aparılıb.  "Yaşıl Həftə" layihəsi noyabr ayının 16-ı yekunlaşmışdır.

 

 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul