29 Mart 2015

“Yer saatı 2015” kampaniyası çərçivəsində tədbir keçirilmişdir

 

28 mart tarixində Bakı şəhərində “Yer saatı 2015” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində tədbir keçirilmişdir. IDEA İctimai Birliyi, Dünya Vəhşi Təbiət Fondu (WWF) Azərbaycan nümayəndəliyi və “Green Baku” təşkilatının dəstəyi ilə baş tutan tədbirdə 200-dən artıq gənc iştirak etmişdir.

 

Bir saat davam edən tədbir zamanı iştirakçılar şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqlarının söndürülməsini müşahidə etməklə yanaşı, simvolik şamların yandırılması prosesində və velosiped yürüşündə iştirak etmişlər.

 

Qeyd edək ki, ilk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə başlanmış “Yer saatı” kampaniyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir. Hər il keçirilən "Yer saatı" kampaniyası zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər. Bu il keçirilmiş kampaniya çərçivəsində dünyanın müxtəlif yerlərində yaşayan bir milyarddan artıq insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün bir araya gəlmişdir.

 

Beynəlxalq “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulduğu və uğurla keçirilməsinə töhfə verdiyinə görə Heydər Əliyev Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğu, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, ADA Universiteti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Alov qüllələri" kompleksi, “Hilton Baku” hoteli, “JW Marriott Absheron Baku” hoteli, “Yeni Həyat Şirkətlər Qrupu” MMC-yə öz minnətdarlığını bildirir.






 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul