05 Fevral 2015

“Şən bəbirlər” mükafatlandırılıb

 

IDEA İctimai Birliyinin 3 noyabr tarixində start verdiyi “Şən bəbirlər” adlı ekoloji müsabiqə yekunlaşıb. Müsabiqədə iştirak edən 50-ə yaxın uşaq bəbiri və digər pişikkimiləri təsvir edən geyimlərdə çəkilmiş fotolarını IDEA İB-yə göndərmişdir.

 

Müsabiqənin münsiflər heyəti müsabiqəyə daxil olan çoxsaylı fotolar arasından ən yaxşı və yaradıcı 3 fotonu seçərək müsabiqənin qalibi elan etmişdir. Qaliblər IDEA İB tərəfindən qiymətli hədiyyələrlə təltif olunmuşlar.

 

Təltif etmə mərasimi zamanı qaliblər bildirmişlər ki, müsabiqəyə hazırlaşarkən onlar bəbirlər barədə geniş məlumat əldə etmiş, bu nadir heyvan növünün yaşayış tərzi, məskunlaşdığı ərazilər və digər xüsusiyyətləri ilə maraqlanmışlar. Qeyd olunmuşdur ki, bəbir geyimlərinin hazılanmasında bu biliklər xüsusi rol oynamışdır.

 

Uşaqlar tərəfindən yüksək maraqla qarşılanan layihənin məqsədi Qafqaz regionun nadir heyvan cinslərindən olan bəbirin tanıdılması və gənc nəslin biomüxtəlifliyimizin mühafizəsinə təşviq edilməsindən ibarət olmuşdur. 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul