20 İyul 2013

“Ətraf mühit üçün təkrar istifadə” gənclərin yay düşərgəsi həyata keçiriləcək

 

IDEA kampaniyası, Göyçay rayon İcra Hakimiyyəti, USA Education və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin dəstəyi, “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Ətraf mühit üçün təkrar istifadə” gənclərin yay düşərgəsi həyata keçiriləcək.

 

Düşərgənin keçirilməsində məqsəd gənclərin yay tətilini səmərəli təşkil edərək yaşadıqları şəhərin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər verməkdir.

 

Düşərgə ərzində gənclərə aşılanacaq ki, ətraf mühitə düşən tullantıların miqdarı təbiətin onu parçalaya və zərərləşdirə biləcəyindən çox olmamalıdır. Müsabiqə nəticəsində seçilmiş 30 nəfər gəncə tullantı probleminin ciddiliyini anlatmaq üçün təcrübəli təlimçilər tərəfindən müxtəlif maraqlı öyrənmə metodları istifadə ediləcək.

 

Düşərgədə nəzərdə tutulan bütün fəaliyyətlər təmiz ekologiya, tullantısız ətraf mühit və sağlam həyat tərzi istiqamətində aparılacaq. Bundan əlavə, gənclərə plastik materialların ətraf mühit üçün yaratdığı təhlükələrlə bağlı təqdimatlar ediləcək.

 

Qeyd edək ki, düşərgənin sonunda iştirakçılar ARDNŞ-nin Ekologiya idarəsinin Bakı şəhərinin Qala kəndində yerləşən ekoparkına ekskursiyada iştirak edərək ARDNŞ-in ekoloji layihələri ilə tanış olacaq, ekoparkda alternativ enerji və digər müasir texnologiyalar haqqında məlumatlar əldə edəcəklər.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul