07 Sentyabr 2013

Xəzərətrafı ərazidə təmizlik aksiyası keçirilmişdir

7 sentyabr 2013-cü il tarixində hər il dünyada qeyd olunan “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası tərəfindən Nardaran çimərliyi ərazisində təmizlik aksiyası təşkil olunmuşdur.

 

Aksiyanın keçirilməsində əsas məqsəd çimərlik ərazilərində olan tullantıların toplanması və onların faydalı şəkildə istifadəsi üçün təkrar emala göndərilməsi, gənclərin təbiət ərazilərinin təmiz saxlanılmasına cəlb olunması ilə onların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda, dənizkənarı ərazilərdə istirahət edən insanları ətrafı zibilləməməyə, istirahət etdikdən sonra ərazini təmizləməyə çağırmaqdır.

 

Ümumilikdə, aksiyaya 100-dən çox gənc cəlb olunmuşdur. Aksiya zamanı iştirakçılar gigiyenik qaydalara əməl edərək, xüsusi əlcəklər geyinmiş, topladıqları tullantıları qida və qeyri-qida tullantılarına ayıraraq çeşidləmişlər.

 

Toplanmış tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna nəql edilmiş və burada təkrar çeşidlənmişdir. Daha sonra təkrar emala yararlı materiallar ümumi kütlədən ayrılaraq təkrar emal müəssisələri üçün xammal əldə edilmişdir.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul