“Ağacların kəsilməsinə yox!” birgə proqram Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri xanım Leyla Əliyevanın təşəbbüsü ilə başladılıb. Proqram çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb.
Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdığı zaman öz şikayətlərini 1113 qaynar xətti vasitəsilə IDEA İB-yə çatdıra və eləcə də öz şikayətlərini və təkliflərini ideacampaign.org internet səhifəsinə daxil olaraq bildirə bilərlər. Proqram çərçivəsində yaradılmış mobil qrup daxil olan şikayətləri yerində araşdırır, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplayır.
IDEA-ya daxil olan bütün müraciətlər təşkilatın rəsmi veb səhifəsində xüsusi anket formasında yerləşdirilir və vətəndaşlar prosesin gedişatını buradan izləyə bilərlər.