Tamamlanmış layihələr

Ceyranların Gürcüstan Respublikasına reintroduksiyası

Giriş

Ceyran sürüsünün Gürcüstana reintroduksiyası oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA kampaniyasının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.

Təsvir və Konsepsiya

10 başdan ibarət ceyran sürüsünün Gürcüstan Respublikasına reintroduksiyası ceyranların Qafqazda tarixən məskunlaşdığı ərazilərdə yayılması və artması üçün atılan addımlardandır.
Ceyran sürüsünün Gürcüstana reintroduksiyası oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. "Ceyranların Qafqazda tarixən məskunlaşdığı ərazilərə reintroduksiyası layihəsi" çərçivəsində baş tutan tədbir nəticəsində 10 başdan ibarət ceyran sürüsü Gürcüstan Respublikasının ərazisinə reintroduksiya edilmişdir.
 
 
Ceyran sürüsünün reintroduksiyası Gürcüstan Respublikasının Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin müraciəti əsasında reallaşmışdır. 
 

Gürcüstana verilən ceyranların üzərinə xüsusi kiçik cihaz bağlanmışdır. Bu cihaz vasitəsilə ceyranın olduğu yer, onun orqanizminin durumu nəzarətdə saxlanacaqdır. 
 
 
Hazırda Azərbaycanda 9 min baş ceyran vardır. Artıq Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur-Sarıca düzənliyi ərazilərinə mərhələlərlə ceyranların buraxılması həyata keçirilmiş, 110 başadək ceyran tarixi ərazilərinə qaytarılmışdır. Artıq Azərbaycanda ceyranların bərpası və çoxaldılması istiqamətində aparılan işlər öz nəticələrini verməkdədir.
 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul