Tamamlanmış layihələr

"Eko rəsm gündəliyi 2013"

Giriş

Noyabrın 1-dən 15-dək paytaxt Bakı və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə keçirilən "Eko rəsm gündəliyi 2013" ekoloji müsabiqəsinin yerli mərhələsi IDEA kampaniyası tərəfindən, YUNESKO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin dəstəyi ilə təşkil olunub.

Təsvir və Konsepsiya

Gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, flora və faunaya qayğının aşılanması məqsədilə IDEA tərəfindən, YUNESKO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin (PMCIS) dəstəyilə "Eko Rəsm Gündəliyi 2013" müsabiqəsi keçirilmişdir.

Noyabrın 1-dən 15-dək paytaxt Bakı və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə keçirilən "Eko rəsm gündəliyi 2013" ekoloji müsabiqəsinin yerli mərhələsi  IDEA kampaniyası tərəfindən, YUNESKO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin dəstəyi ilə təşkil olunub. 

 

"Eko Rəsm Gündəliyi 2013" müsabiqəsinin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, flora və faunaya qayğının aşılanmasıdır. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşmasına xidmət edir.

 

Müsabiqədə ümumtəhsil məktəblərinin 6-11 və 12-15 yaş arası şagirdləri iştirak edə bilərlər. İştirakçılar müsabiqə üçün hazırlanan xüsusi "Eko Gündəlik"də ekologiyaya dair rəsm və onun ideyasının qısa təsvirini əks etdirməlidirlər. 

 

Noyabrın 1-dən başlayaraq müəllimlər vasitəsilə paylanacaq "Eko Gündəlik"lər noyabrın 15-dək təhvil verilməlidir.

 

Təqdim edilən "Eko Gündəlik"lər IDEA, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YUNESKO, PMCIS, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti final mərhələsinə vəsiqə qazanan 20 iştirakçı arasından bir nəfər milli qalibi müəyyən edəcək.

 

Müsabiqənin qalibi 1 dekabr tarixinədək elan olunacaq.

 

 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul