Tamamlanmış layihələr

Elmi mövzularda seminar və məşğələlər

Giriş

IDEA mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər və s. təşkil edir.

Təsvir və Konsepsiya

IDEA-nın təhsil proqramı ətraf mühit üzrə təhsil alan və bu sahədə fəaliyyət göstərən gənclərin akademik hazırlığına xüsusi diqqət ayırır

IDEA mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar təşkil edir.

IDEA-nın təhsil proqramı ətraf mühit üzrə təhsil alan və bu sahədə fəaliyyət göstərən gənclərin akademik hazırlığına xüsusi diqqət ayırır və bu məqsədlə mütəmadi olaraq, Azərbaycanda və regionda mövcud ekoloji problemləri əks etdirən mövzuları, eləcə də onların həlli yollarına həsr olunmuş elmi seminar və məşğələləri həyata keçirir.

Kurslar gənc mütəxəssislər üçün mühazirələrdə iştirak etmək və müvafiq sahələrə elmi-praktiki səfərlərdə iştirak etmək imkanı yaradır. Hər il yüzlərlə gənc peşəkar IDEA-nın elmi proqramından faydalanır.


Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (www.facebook.com/ideacampaignhttp://instagram.com/idea_public_union) vasitəsilə çatdırılır.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul