17 İyun 2015

IDEA İctimai Birliyinin dəstəyi ilə Bakı şəhərində enerjidoldurma məntəqələrinin qurulmasına başlanılıb

 

İyunun 17-dən Bakı şəhərində enerjidoldurma məntəqələrinin qurulmasına başlanılıb. “GreenCar” MMC, “Azərişıq” ASC və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilən bu layihə çərçivəsində Bakı şəhərinin müxətlif yerlərində və ölkəmizin bir sıra regionlarında müasir texnoloji vasitələrlə təmin olunan enerjidoldurma cihazları quraşdırılacaq. İlk belə enerjidoldurma məntəqəsi artıq Heydər Əliyev Mərkəzinin parkındakı parkinqdə istifadəyə verilib. Xüsusi proqram təminatı ilə idarə olunan enerjidoldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir və elektrikli avtomobillərdə mövcud olan bütün şarjetmə standartlarını dəstəkləyir.

 

 “GreenCar” MMC IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihələrin həyata keçirilməsinə başlayıb. Bu layihələrin əsas məqsədi ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi, ətraf mühitin innovativ metodlarla qorunmasına xidmət etmək, bununla da ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək göstərməkdir.

 

Azərbaycanda ilk dəfə olaraq “GreenCar” tərəfindən ekoloji baxımdan təmiz elektrik avtomobillərinə geniş miqyaslı keçidin tətbiqi, bu sahədə maarifləndirmə və təşviqatın aparılması ölkə ərazisində və ümumən regionda ekoloji durumun yaxşılaşdırılması istiqamətində daha bir töhfədir.

 

GreenCar MMC ətraf mühitin qorunmasında əvəzsiz olan vasitələrin - elektrik avtomobilləri, elektrik motosikletləri, elektrik velosipedləri və  digər nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsini, eləcə də ekologiyanın qorunmasına xidmət edən layihələr həyata keçirir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul