27 İyun 2014

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib

 

Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq)  İctimai Birliyinin birgə təşəbbüsü ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 5 iyun 2014-cü tarixində T.Şıxəliyev 20 ilə K.Kazımzadə 7 küçələrinin kəsişməsindəki ünvanda baş vermiş yanğın nəticəsində məhv olan 22 Eldar şamı və zeytun ağacı əvəzinə 30 ədəd şam ağacı əkilib.

 

Aksiyanın keçirilməsində əsas məqsəd yanğın zamanı ərazidə məhv olmuş yaşıllıq zolağını bərpa etmək, ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsinə, buradakı mövcud torpaq qatının münbitləşdirməsinə töhvə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

 

Ağacəkmə aksiyasında Heydər Əliyev Fondu və IDEA ilə yanaşı, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.

 

Qeyd edək ki, Azərbaycanda bu günə qədər  IDEA İctimai Birliyi tərəfindən 3 milyon 472 mindən çox ağac əkilib. Birlik bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin nəzərinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul