19 Fevral 2014

"Hər kağızı bir yarpağa dəyişək": həftənin liderləri

 

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi uğurla davam edir.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində istifadə olunmuş kağız və kağız məhsullarının qəbulu aksiyası keçirilir.

 

Aksiyanın ilk həftəsində iştirak edən dövlət orqanları arasında Dövlət Sosial Müdafiə Fondu 27000 kq, qeyri-hökümət təşkilatlarından Azərbaycan Hüquqşünaslar Konfederasiyası 173,4 kq və özəl müəssisələrdən isə “Embawood” şirkəti 1700 kq istifadə olunmuş kağız məhsullarını adı çəkilən mərkəzlərə təhvil verməklə həftənin liderləri olmuşlar. Bununla yanaşı vətəndaşlar da kütləvi şəkildə aksiyada iştirak edirlər, onlar arasında İsayeva Sevinc Şəmsəddin qızı 56 kq nəticə ilə birinci olmuşdur. 

 

Nəzərinizə çatdıraq ki, ötən həftə aksiya çərçivəsində ümumilikdə, 51.119 kq kağız tullantısı təhvil verilmişdir. Onu da qeyd edək ki, təhvil verilmiş hər 50 kq kağız tullantısı qarşılığında 1 ağacın əkilməsi planlaşdırılır.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul