22 Oktyabr 2013

IDEA AFFA ilə əməkdaşlığa başlayır

 

Əməkdaşlığın əsas məqsədi ekoloji maarifləndirmə işinin həyata keçirilməsi, AFFA-nın fəaliyyətində ətraf mühitin qorunmasını əsas istiqamətlərdən birinə çevirmək, müxtəlif tipli ekoloji layihələr həyata keçirməklə futbolçuları və futbol azarkeşlərinin diqqətini təbiətin qorunmasına yönəltməkdir.

 

Qeyd edək ki, qurumlar arasındakı əməkdaşlıq çərçivəsində həm yerli, həm də beynəlxalq layihələrin həyata keçirilməsi planlaşdırılır.

 

Bundan əlavə, əməkdaşlıq çərçivəsində AFFA tərəfindən ətraf mühitin qorunmasına dair çağırış şüarları altında dostluq görüşlərinin həyata keçirilməsi və müxtəlif ekoloji layihələrin dəstəklənməsi də baş tutacaqdır.

 

Onu da qeyd edək ki, futbol üzrə Dünya Çempionatı - 2014 seçmə mərhələsi çərçivəsində Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya futbol komandalarının görüşü zamanı IDEA kampaniyası meydançaya "yaşıl" bannerlər yerləşdirmiş, görüşü istər canlı, istərsə də ekran arxasından izləyən azarkeşləri ətraf mühitin qayğısına qalmağa səsləmişdir.

 

Qurumlar arasında qarşılıqlı əməkdaşlıq ilə bağlı müqavilənin imzalanmasının ilin sonuna təsadüf etməsi gözlənilir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul