05 İyun 2015

IDEA İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə əməkdaşlığa başlayır

IDEA İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə ekologiya sahəsində birgə əməkdaşlığa start vermişdir.

 

Bu əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə 5 iyun 2015-ci il tarixində iki tərəf arasında Əməkdaşlıq Sazişi imzalanmışdır. Sazişə əsasən IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu arasında ekoloji maarifləndirmənin gücləndirilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə, tullantıların idarə olunması, meydana gələn ekoloji çağırışlarla mübarizə, biomüxtəlifliyin qorunması, davamlı inkişafın təşviqi, ekoloji məsuliyyətin təbliği, ekoloji qiymətləndirmələrin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlıq və müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.


Məlum olduğu kimi IDEA İctimai Birliyi 2011-ci ildə ətraf mühit sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi, ətraf mühit problemlərinin səmərəli həlli yollarının tapılmasına gənclərin cəlb olunması və bu sahədə təlim-tədrisin təşviqi məqsədilə təsis edilmişdir. Bu dövrdən etibarən IDEA ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli sahələrində gənclərin geniş kütlələrinin iştirakı ilə mühüm milli və regional layihələr həyata keçirmiş, beynəlxalq tədbirlər təşkil etmiş və bu sahədə fəaliyyət göstərən milli və beynəlxalq strukturlar ilə əməkdaşlıq əlaqələri qurmuşdur.


Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Əsasnaməsi"ndə gənclərin ekoloji maarifləndirilməsi məqsədi ilə onlar arasında müxtəlif tədbirlər, o cümlədən təlim və tətbiqi layihələrin həyata keçirilməsi Gənclər Fondunun əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. IDEA və Gənclər Fondu arasında qurulacaq əməkdaşlıq əlaqələri bu vəzifənin həyata keçirilməsi məqsədinə xidmət edəcəkdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul