06 Sentyabr 2014

IDEA İctimai Birliyi tərəfindən Şıx çimərliyi ərazisində təmizlik aksiyası təşkil olunub

 

2014-cü il 6 sentyabr tarixində hər il dünyada qeyd olunan “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar IDEA İctimai Birliyi tərəfindən Şıx çimərliyi ərazisində təmizlik aksiyası təşkil olunub.

 

“Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən aksiyanın məqsədi çimərlik ərazilərində olan tullantıların toplanması, gənclərin təbiət ərazilərinin təmiz saxlanılması işinə cəlb olunması, eyni zamanda dənizkənarı ərazilərdə istirahət edən insanları ətrafı zibilləməməyə, istirahət edərkən ərazini təmiz saxlamağa çağırmaqdır.

 

Aksiya “Təmizlik həftəsində təbiət üçün birgəyik” şüarı altında 100-ə yaxın könüllü gəncin iştirakı ilə baş tutub. Aksiya zamanı iştirakçılar gigiyenik qaydalara uyğun olaraq xüsusi əl geyimləri geyinib, topladıqları tullantıları qida və qeyri-qida tullantılarına ayıraraq çeşidləyiblər. Toplanmış tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna nəql edilib.

 

Qeyd edək ki, IDEA İctimai Birliyi hər il sentyabr ayında Bakı şəhərinin müxtəlif sahilyanı ərazilərində təmizlik aksiyaları həyata keçirir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul