16 İyun 2015

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Gəncə şəhərində növbəti təmizlik aksiyası keçirilmişdir.

16 iyun tarixində İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin təşəbbüsü və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhərin Heydər Əliyev Park Kompleksində yerləşən gölün ətrafında təmizlik aksiyası təşkil etmişdir.

 

Aksiya zamanı IDEA İctimai Birliyinin 100-dən artıq könüllüsü bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunmuş və topladıqları tullantıları çeşidləyərək, aidiyyəti üzrə təkrar emal müəssisəsinə təhvil vermişlər.

 

Tədbirin məqsədi gölün ərazilərindəki tullantıların toplanması, gənclərin təbiətin təmiz saxlanılmasına cəlb olunması, eyni zamanda, insanlara ətrafı zibilləməməklə bağlı çağırışlar etmək olub.

 

Aksiya şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

 

Qeyd olunmalıdır ki, IDEA İctimai Birliyi mütəmadi qaydada müxtəlif ərazilərdə təmizlik aksiyaları təşkil etməklə, təbiətin çirklənməsinin qarşısını alır. Bu tədbirlər çərçivəsində bu ilin mart ayında Beynəlxalq Çayların mühafizəsi günü münasibətilə Gəncə çayının təmizlənməsi aksiyası keçirilmişdir. Bununla yanaşı, IDEA İctimai Birliyi hər il çimərlik mövsümündən əvvəl və sonra Bakı çimərliklərində də oxşar tədbirlər həyata keçirir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul