22 Avqust 2013

IDEA insanları kimsəsiz heyvanların müdafiəsinə səsləyir

 

Hər il dünyada 5-7 milyon heyvan kimsəsiz heyvanlar üçün nəzərdə tutulmuş sığınacaqlara yerləşdirilir.


Lakin yenə də hər il 3-4 milyon kimsəsiz it və pişik məhv olur.

Ekoloji mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi yaratmağı özünün əsas məqsədlərindən birinə çevirmiş IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası dünyada bitki və heyvan növlərinin qorunması istiqamətində insanları daha diqqətli olmağa səsləyir.

Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin əsas məqsədi də məhz bu yolda yardımçı olmaq və maarifləndirmə işləri aparmaqdır. Heyvanlar üçün olan bu klinika Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın dəstəyi ilə fəaliyyət göstərir. Buradakı müasir avadanlıqlar və peşəkar personal klinikanı keçmiş postsovet məkanında öz unikallığı ilə fərqləndirir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul