24 May 2013

IDEA kampaniyası Beynəlxalq biomüxtəliflik gününü qeyd edib

IDEA kampaniyası Beynəlxalq biomüxtəliflik günü ilə əlaqədar seminar-təlim təşkil edib.

 

Ətraf mühitə və biomüxtəlifliyin qorunmasına xüsusi marağı olan 20-dən artıq tələbənin iştirak etdiyi seminar Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub.

 

Tədbirdə ekspert qismində Azərbaycan Oriontoloji Cəmiyyətinin sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Elçin Sultanov iştirak edib.

 

Seminar interaktiv şəkildə keçirilib və gənclərin maraqlı müzakirələri ilə yadda qalıb. Tədbir zamanı xüsusilə qeyd edilib ki, hazırda dünyada 15 milyondan çox canlı növü mövcuddur və hər gün yüzlərlə növ tələf olmaq təhlükəsi ilə üzləşir.

 

Ekspert bildirib ki, sualtı canlı aləmin qorunması istiqamətində heç bir tədbir görülməzsə, 2100-cü ilə qədər dənizdə mövcud olan bütün bitki və heyvan növlərinin yarısından çoxunun məhv olmaq təhlükəsi var.

 

Seminar başa çatdıqdan sonra qonaq qismində çıxış edən ekspert və gənclərin birgə iştirakı ilə IDEA kampaniyasının 2012-ci ilin may ayında elan etdiyi "Quş sığınacağı dizaynı" müsabiqəsinin qalib eskizinə uyğun hazırlanmış quş sığınacaqları Filarmoniya bağında quraşdırılıb.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul