06 İyun 2013

IDEA kampaniyası Dünya ətraf mühitin mühafizəsi gününü qeyd edib

IDEA kampaniyası 5 iyun - Dünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar “Azərbaycan ekosistemləri və landşaft müxtəlifliyi” mövzusunda interaktiv seminar təşkil edib.


Ətraf mühitə və onun qorunmasına xüsusi marağı olan tələbələrin və bu sahədə çalışan müəllimlərin iştirak etdikləri seminar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində keçirilib.


Tədbirdə ekspert qismində AMEA-nın Zoologiya İnstitutunun informasiya və innovasiya şöbəsinin müdiri, professor Elman Yusifov iştirak edib.


Seminar zamanı Azərbaycanın landşaftı, fauna və florası, landşaft müxtəlifliyinin yaranma səbəbləri, həmçinin düzən və dağ landşaftlarının bitki və canlı müxtəlifliyi haqqında geniş məlumat verən ekspert qeyd edib ki, ölkəmiz füsunkar təbiətə, zəngin bitki və heyvanat aləminə, çox faydalı təbii sərvətlərə malikdir. Bunların qorunmasında və gələcək nəsillərə çatdırılmasında gənclərin böyük rolu olmalıdır.


Seminar ekspert tərəfindən söylənilən dəyərli fikirləri və iştirakçıların maraqlı müzakirələrini əhatə etməklə interaktiv şəkildə təşkil olunub.


İyirmidən çox gəncin iştirak etdiyi, interaktiv şəkildə keçirilmiş seminar landşaft müxtəlifliyi, ətraf mühitin qorunmasının vacibliyi və s. ilə bağlı aparılan maraqlı müzakirələrlə yadda qalıb.


IDEA kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. Kampaniya ətraf mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi quraraq biomüxtəlifliyin qorunması ilə bağlı insanları maarifləndirmək istiqamətində müxtəlif ekoloji layihələr həyata keçirməkdədir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul