16 Avqust 2013

IDEA kampaniyası insanları kimsəsiz heyvanları qorumağa səslədi

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası insanları kimsəsiz heyvanların müdafiəsinə səsləmək məqsədilə “Şəhər biosenozlarının qorunması” mövzusunda elmi seminar təşkil etmişdir. Seminar hər il 16 avqust tarixində qeyd olunan “Kimsəsiz Heyvanlar Günü”-nə həsr olunmuşdur.

 

İnteraktiv şəkildə təşkil olunmuş seminar Azərbaycan Oriontoloji Cəmiyyətinin sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Elçin Sultanovun ekspertliyi ilə baş tutmuşdur.

 

Seminar zamanı qeyd olunmuşdur ki, hər il dünyada 5-7 milyon heyvan kimsəsiz heyvanlar üçün nəzərdə tutulmuş sığınacaqlara yerləşdirilir. Bu cür tədbirlərin görülməsinə baxmayaraq, hər il 3-4 milyon kimsəsiz it və pişik məhv olur. Bəşəriyyətə bu cür itkilərdən olduqca böyük ziyan dəyir.

 

Ekoloji mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi yaratmağı özünün əsas məqsədlərindən birinə çevirmiş IDEA kampaniyası dünyada bitki və heyvan növlərinin qorunması istiqamətində insanları daha diqqətli olmağa, bioloji balansın önəmini anlamağa və onu qoruyub saxlamağa səsləyir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul