03 Mart 2016

BDU-nun torpaqşünaslıq və ekologiya fakültəsi tələbələri üçün IDEA-nın fəaliyyətinə həsr olunmuş təqdimat keçirilmişdir.

 2 mart tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA-nın Resurs Mərkəzində Bakı Dövlət Universitetinin torpaqşünaslıq və ekologiya fakültəsinin tələbələri üçün IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunmuş təqdimat keçirilmişdir.  

 

Təqdimat torpaqşünaslıq və ekologiya fakultəsinin 4-cü kurs tələbələrinin təcrübə proqramı çərçivəsində təşkil edilmiş və 30 nəfər tələbəni əhatə etmişdir.

 

Tədbirdə IDEA-nın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıq təcrübəsi, 5 illik fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlər barədə danışılmışdır. Qeyd olunmuşdur ki, gənclər bir qayda olaraq, IDEA-nın layihələrinin əsas aparıcı qüvvəsi və uğurlarının təminatçısıdır. Bu xüsusda, tələbələrə İctimai Birliyin fəaliyyətində iştirak yolları barədə məlumat verilmişdir.

 

Təqdimatın sonunda iştirakçılarla interaktiv müzakirələr aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Qeyd edək ki, IDEA İctimai Birliyinin ekoloji tədris proqramının tərkib hissəsi olaraq ətraf mühit və davamlı inkişaf sahələri üzrə təhsil alan və ya bu sahələrdə fəaliyyət göstərən gənclərlə mütəmadi olaraq bu cür görüşlər, ekoloji mövzuda elmi seminarlar, təlimlər, müsabiqələr, təqdimat və mühazirələr təşkil edilir.

 

IDEA ətraf mühit sahələrində təhsil alan bütün gəncləri ekoloji problemlərə və xüsusilə onların həlli yollarına, bu yöndə həyata keçirilən tədbirlərə cəlb etmək, öz sahələrinə marağı artırmaq, ətraf mühitin mühafizəsində əvəzedilməz rola malik olduqlarını nümayiş etdirmək baxımından tələbələrlə keçirilən bu cür görüşləri səmərəli hesab edir.

 

Republikamızın digər ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün də 2016-cı il ərzində oxşar təqdimatların keçirilməsini planlaşdırılır. Bu barədə ətraflı məlumat mütəmadi olaraq, mətbuatda yerləşdiriləcəkdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul