Tamamlanmış layihələr

IDEA “Yaşıl söhbət klubu”

Giriş

Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində görüşlərə davam edir.

Təsvir və Konsepsiya

Adətən 1 saatdan çox davam edən Klubda gənclər ətraf mühitlə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşür, ekoloji mövzularda aparılan söhbətlərdə və interaktiv oyunlarda iştirak edirlər.

IDEA İctimai Birliyi Yaşıl Söhbət klubu layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start vermişdir. Yaşıl söhbət klubu ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olmuşdur.

İştirakçıların müsbət rəylərini nəzərə alaraq, cari ildən də Klubun görüşləri hər ay təşkil edilir.

Həm ekoloji, həm də ingilis dili biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən şəxsləri hər ay ətraf mühitlə bağlı müxtəlif mövzulara həsr ediləcək Yaşıl söhbət klubuna qoşulmağa dəvət edirik. Klubun görüşləri barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_public_unionhttps://www.facebook.com/ideacampaign.org) mütəmadi olaraq məlumat verilir.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul