17 Sentyabr 2013

“Atmosferin çirklənməsi ilə mübarizə üsulları” mövzusunda interaktiv seminar təşkil olunub

Hər il dünyada 16 sentyabr tarixində qeyd olunan Beynəlxalq ozon qatının mühafizəsi günü ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası  “Atmosferin çirklənməsi ilə mübarizə üsulları” mövzusunda interaktiv seminar keçirmişdir.

 

Seminar ətraf mühit və onun qorunmasına xüsusi marağı olan 30-a yaxın gəncin iştirakı ilə baş tutmuşdur. İnteraktiv şəkildə təşkil olunmuş seminarda ekspert qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova iştirak etmişdir.

 

Seminar zamanı ekspert vurğulamışdır ki, son zamanlar artan enerji istehlakı və bununla əlaqədar karbon qazının atmosferdə miqdarının çoxalması ozon qatında dəliyin yaranmasına və getdikcə böyüməsinə səbəb olur. Bu problem Yer kürəsinin gələcəyi üçün çox böyük fəsadlar törədə bilər.

 

Seminarda atmosferin çirklənmə səbəbləri, ozon qatında yaranmış dəliyin insan həyatı üçün nə dərəcədə ziyanlı olması haqqında da maraqlı fikirlər söylənilmişdir. Ekspert seminar iştirakçılarının problem haqqında fikirlərini öyrənmiş və onların suallarını cavablandırmışdır. Sonda çıxış edən ekspert gəncləri bu tip problemlərin həllinə daha həssas və diqqətli yanaşmağa çağırıb.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul