12 Fevral 2015

IDEA İctimai Birliyi “Neft sənayesinin yaratdığı ekoloji problemlər və onların həlli yolları” mövzusunda seminar təşkil edib

2015-ci il 10-11 fevral tarixlərində IDEA İctimai Birliyinin Resurs Mərkəzində “Neft sənayesinin yaratdığı ekoloji problemlər və onların həlli yolları” mövzusunda seminar təşkil edilmişdir.

 

Nəzəri və praktiki hissələrdən ibarət olan seminarda ekologiya, neft-qaz mühəndisliyi və digər oxşar ixtisaslar üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40-a yaxın gənc iştirak etmişdir.

 

Seminarın nəzəri hissəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin mütəxəssisi neft sənayesinin yaratdığı ekoloji problemlər və onların aradan qaldırılması yolları, neft hasilatı sənayesində ekoloji standartlar, ölkəmizin bu sahədəki zəngin təcrübəsi və beynəlxalq normalar barədə mühazirə təqdim etmişdir. Mühazirənin yekununda mövzu ətrafında müzakirələr və sual-cavab sessiyası keçirilmişdir.

 

Praktiki hissə zamanı isə iştirakçılar ARDNŞ-nin (SOCAR) “Eko Parkını” ziyarət etmiş və Kompleks Tədqiqatlar Laboratoriyası ilə tanış olmuşlar. Gənclər sözügedən laboratoriyada istifadə olunan avadanlıqlar, eləcə də onların təyinatı və iş prinsipi ilə yaxından tanış olmuş, dənizdən və qurudan götürülmüş nümunələrin analiz prosesini izləmiş, mühazirə zamanı əldə etdikləri nəzəri bilikləri praktiki şəkildə sınaqdan keçirmək imkanı əldə etmişlər.

 

IDEA müntəzəm olaraq elmi sessiyalar, praktiki tədris və ingilis dilində ekoloji mövzular üzrə debatlar təşkil edir. Kurslar və seminarlar barədə məlumat ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (internet səhifəsi, instaqram və feysbuk səhifələri) vasitəsilə çatdırlır. 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul