06 İyun 2014

“Ağacların kəsilməsinə yox!” birgə proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb.

 

Beləliklə, vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda  şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İB-yə çatdıra bilərlər.

 

Vətəndaşlara qanunsuz ağac kəsimi ilə bağlı müraciətlərini IDEA İctimai Birliyinin rəsmi internet səhifəsinə daxil olmaqla ünvanlamaq imkanı da verilib. Problemi daha dəqiq işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb-səhifəyə yükləmək mümkündür.

 

Proqram çərçivəsində yaradılmış mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplayacaq. Şikayət və təkliflər araşdırıldıqdan sonra toplanmış sübut və materiallar hadisə ilə bağlı qərar verilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək. IDEA göndərilən müraciətlərdə öz əksini tapan problemlərin həlli prossesini izləyəcəkdir.

 

Qeyd edək ki, IDEA-ya daxil olan bütün müraciətlər təşkilatın rəsmi veb səhifəsində xüsusi anket formalarda yer alacaq. Vətəndaşlar burada daxil olan müraciətlərlə yaxından tanış ola, onların gedişatını izləyə biləcəklər.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul