17 May 2013

Leyla Əliyevanın “Yer kürəsi uşaqların gözü ilə” fotofestivalı və sərgisində çıxışı

 

Əziz dostlar,


Hörmətli qonaqlar,


Xanımlar və Cənablar!


Azərbaycana xoş gəlmisiniz!

 

Bu sərgi tanınmış fotoqraf və AİNA təşkilatının qurucusu Reza Deqati ilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) Kampaniyası tərəfindən birgə təşkil edilib və onların səyləri, dəyərli töhfələri olmadan festivala belə hərtərəfli beynəlxalq maraq oyada bilməzdik.

 

Mən şadam ki, bu gün Bakıda öz sahəsində gənclərin birinci ekoloji beynəlxalq foto festivalı və sərgisini açırıq.

 

Azərbaycan öz əsrarəngiz təbiəti, zəngin heyvanat aləmi ilə məşhurdur və onun biomüxtəlifliyinin qorunub saxlanmasına çox diqqət yetirilib.

 

Cəmi bir neçə onillik bundan əvvəl ölkəmizdə ekoloji inkişaf üzrə hər hansı ciddi planlar mövcud deyildi və ölkə ekoloji sabitlik baxımından regionun əksər dövlətlərindən geri qalırdı. Keçmişin səhvlərini düzəltmək üçün ekoloji göstəricilərimizi xeyli yaxşılaşdıran və bu sahədə ölkələrlə əməkdaşlığımızı möhkəmləndirən bir sıra layihələr həyata keçirdik.

 

Bu gün biz regionda ekoloji təşəbbüslər baxımından liderlik edirik və bizim məlumatlılığın artırılması kampaniyalarımız sərhədləri aşaraq bütün dünyaya yayılıb.

 

Əziz dostlar,

 

Bu günkü sərginin mövzusu - "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" fotoları təbiət haqqında fikirləri ifadə etmək imkanı yaradır. "Yer kürəsi uşaqların gözü ilə" qlobal təşəbbüsü elə bir platformadır ki, onun köməyi ilə dünya üzrə bütün gənc istedadlar aktual ekoloji problemləri qərar qəbul edən ekspertlərin, insanların, həmçinin ümumilikdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilərlər.

 

Bu sərgi və festivalı hər il təşkil etmək barədə qərar qəbul etməyimizi elan etmək mənə əlavə zövq verir. Bunun sayəsində vacib ekoloji problemlərlə bağlı məlumatlılığın artırılması və belə problemlərə diqqət cəlb edilməsi istiqamətində cəhdlərimizi davam etdirəcəyik.

 

Bu sərgi, həmçinin bütün dünyadan olan uşaqlar və gəncləri ümumi məsələdə bir araya gətirəcək və onları tədbirlər görmək üçün həvəsləndirəcək.

 

Xanımlar və cənablar,

 

Zənnimcə, fotoqrafların təbiəti canlandırma formasını dəyişdirmək lazımdır. Biz tez-tez "Facebook" və ya "Instagram" kimi sosial şəbəkələrdə sadəcə gözəl rəsmlər görürük. Mənə bir rəssam kimi elə gəlir ki, yalnız belə gözəl rəsmlərlə təbiətin şəkillərinin məhdudlaşdırılması heç də yaxşı tendensiya deyil.

 

Bu gün gördüyümüz və dünyanın 90 ölkəsindən gənc müəlliflərin hazırladıqları minlərlə şəkillərin arasından seçilən fotolar kifayət qədər müxtəlifdir. Gənc yaşlarına baxmayaraq, bu şəkillərin müəllifləri planetin sosial və ekoloji problemlərini təsvir etməklə heyrətamiz kreativlik nümayiş etdiriblər.

 

Təbiət şəkilləri insanlara planetimizi qorumaq üçün stimul verəcək. O, ekoloji problemləri daha geniş auditoriyaya çıxaracaq və bununla da tədbirlər görmək üçün bizə stimul verəcək.

 

Əziz dostlar,

 

Bu festival və sərgi gənc iştirakçılara Bakıda bəzi mərasim və seminarların köməyi ilə fotoqrafiya sahəsində öz biliklərini inkişaf etdirməyə unikal imkan verəcək.

Biz bu günlərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyini qeyd edirik və ənənəvi Gül bayramı gənc istedadlar üçün paytaxtımızı bütün gözəlliyi ilə görmək baxımından ideal imkan olacaq.

Bu gün burada bizə qabaqcıl fotojurnalların nümayəndələri, həmçinin incəsənət və mədəniyyət sahəsində dünya şöhrətli ekspertlər qoşulublar. Bu, onların əksəriyyətinin Azərbaycana ilk səfəridir.

Bakı mənsubiyyətindən və maraqlarından asılı olmayaraq, öz qonaqlarının ürək və ağlını həmişə fəth edib.

Bu şəhər gizli füsunkarlığa malikdir: bu şəhərin hər kəsə təklif edəcək bir şeyi var.

Tarixi sevənləri İçərişəhərin dar küçələri ilə ahəstə gəzinti əsrlərin dərinliklərindən keçirərək Şirvanşahlar dövlətinin mövcud olduğu dövrə aparır; incəsənət ustaları şəhərin saysız-hesabsız muzeylərini, emalatxanalarını və qalereyalarını ziyarət edə bilərlər, onlar burada mahir sənətkarlarımızın mükəmməl şedevr yaratdıqlarını görə bilərlər; Azərbaycan xalqı milli musiqidən cazadək musiqinin hər bir üslubuna dəyər verir; milli mətbəxlə maraqlananlar isə yerli xörəklərdən ləzzət ala bilərlər. Günün sonunda isə bir qədər sərin Xəzər küləyi - bu, sizə lazım olan hər şeydir. Bir sözlə, evdən uzaqda olduğunuz halda, Bakıda özünüzü evdəki kimi hiss edəcəksiniz.

 

Mən bu təşəbbüsə uğurlar arzulayır və göstərdikləri səylərə görə iştirakçıların hamısını təbrik edirəm.

Təşəkkür edirəm.

 

Bİzə qoşul