Düşərgənin əsas məqsədi reintroduksiya olunmuş zubrlar haqqında gənclərin məlumatlandırılması, onların ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.
Tədbir zamanı gənc eko fəal Zərifə tərəfindən okeandakı plastiklər haqqında onlayn təqdimat, eləcə də Böyük Britaniyadan olan dəniz bioloqu Rory Mur tərəfindən qısa mühazirə keçirilmişdir.