26 Dekabr 2013

IDEA Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsinə start verib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini reallaşdırır.

 

Adi polietilen paketlərdən fərqli olaraq bioparçalanan paketlər təbiətə atıldığı zaman asanlıqla çürüyür və torpağa qarışır. Plastik və ya polietilen paketlər torpaqda yüz illərlə qaldığı halda, bioloji parçalanan paketlər qısa müddət ərzində torpağa qarışır və ətraf mühitə, demək olar ki, heç bir ziyan vermir.

 

Nəzərinizə çatdıraq ki, ekoloji təmiz paketlər Bakı şəhərinin "Bazarstore", "Grand", "Neptun", "Premium" və "Kontinental" kimi iri marketlərinə və alış-veriş mərkəzlərinə paylanılıb. Alıcılar bu paketləri adıçəkilən alış-veriş mərkəzlərinin kassalarından soruşa bilərlər.

Bİzə qoşul