Ağdam rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1271,7 kv.km
Əhalisi: 182,0 min nəfər
Mərkəzi: Ağdam şəhəri
1-27 noyabr tarixində Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində gündəlik keçirilən ağacəkmə aksiyaları zamanı Alıbəyli, Böyükbəyli, Səfərli, Orta Qışlaq, Üçoğlan, Xındırıstan, İmamqulubəyli, Əfətli, Hacıməmmədli, Hacıturalı, Həsənxanlı, Çəmənli, Əhmədağalı, Quzanlı kəndlərinin ərazisində ümumilikdə 40040 ədəd ağac əkilmişdir.
28 noyabr tarixində Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı Alıbəyli, Quzanlı, Əfətli, İmamqulubəyli kəndlərinin ərazisində ümumilikdə 3200 ədəd ağac əkilmişdir.
29-30 noyabr tarixlərində Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyaları zamanı Alıbəyli, Əhmədağalı, Çəmənli kəndlərinin ərazisində ümumilikdə 8760 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 11-31 mart 2015-ci il tarixlərində Çinar, zeytun, Eldar şamı, sərv, göyrüş, akasiya, ağcaqayın və digər ağac növlərindən olmaqla ümumilikdə 29340 ədəd ağac əkilmişdir.