Ucar rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 834,0 kv.km
Əhalisi: 80,7 min nəfər
Mərkəzi: Ucar şəhəri
5 noyabr tarixində I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Ucar icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin həyətində 240 ədəd eldar şamı, Oğuz küçəsində 60 ədəd eldar şamı, Heydər Əliyev prospektində 300 ədəd eldar şamı olmaqla ümumilikdə 600 ədəd ağac əkilmişdir.
11 noyabr tarixində yaşıl marafon çərçivəsində Ucar şəhəri, Heydər Əliyev prospekti, Su-Kanal idarəsinin həyətində, Ənvər Məmmədxanlı Kənd Məscidinin, Müsüslü kənd ümumi orta məktəbin, Qaracallı kənd 1 və 2 nömrəli məktəblərin və Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qazyan kənd inzibati ərazi dairəsinin həyətyanı ərazisində eldar şamı, nar, çinar, heyva və küknar cinslərindən 480 ədəd ağac əkilmişdir.
13 noyabr tarixində isə Alpout kəndi 2 saylı məktəbin, Bərgüşad kənd xəstəxanası və 1 saylı məktəbin, Ucar rayon İcra Başçısının Lək, Boyat və Qarabörk kəndləri ərazi nümayəndəliyi və Lək, Bərgüşad, Qarabörk, Yuxarı Şilyan, Rəstəcə, Xələc bələdiyyələrinin, Quləbənd, Bağman və Xələc kənd orta məktəblərinin, Boyat və Bağman kənd uşaq bağçası və tibb məntəqəsinin ərazisində 1290 ədəd ağac əkilmişdir.
15 noyabr tarixində I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Ucar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əlikənd, Çiyni, Qaradağlı və Ramal kənd məktəblərinin ərazisi, Qaradağlı bələdiyyəsinin, kənd xəstəxanasının, Mədəniyyət evinin və Qaradağlı kənd baxçasının ərazisi, Qazıqumlaq kənd yolunun kənarları, Qazıqumlaq kənd Parkının, kənd məscidinin, Bayraq meydanının və Zərifə Əliyeva adına xəstəxanasının ətrafında nar, söyüd, heyva və küknar cinsindən olmaqla ümumilikdə 1350 ədəd ağac əkilmişdir.
17 noyabr tarixində I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Ucar icra hakimiyyətinin təşkilatçılığı ilə Ucar rayonu, Ənvər Məmmədxanlı kənd yolunun kənarlarında 60 ədəd söyüd ağacı, Müsüslü kənd yolunun kənarlarında isə 50 ədəd söyüd ağacı əkilmişdir. Ümumilikdə ağacəkmə aksiyası zamanı 100 ədəd söyüd ağacı əkilmişdir.
18 noyabr tarixində I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Ucar icra hakimiyyətinin təşkilatçılığı ilə Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin həyətində, 20 Yanvar küçəsində və Şəhidlər Xiyabanın ətrafında 700 ədəd eldar şamı, nar və çinar ağacları əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Ucar rayonunda 10 mart 2015-ci il tarixdən 31 mart 2015-ci il tarixədək Eldar şamı, Ağcaqayın, küknar, qarağac, çinar, meyvə ağacları və digər ağac növləri olmaqla 20426 ədəd ağac əkilmişdir.